ABŞ Prezidentinin Linkoln hamamı təmirə göndərildi
Amerikanın ictimai rəyini bir ay davam edən hökumət böhranı məşğul edərkən, Prezident Donald Trampın Ağ Evdəki hamamın yenilənməsi ilə bağlı paylaşımı ölkədə geniş müzakirələrə səbəb olub.
ABŞ prezidenti Tramp, "Truth Social" hesabında Ağ Evdə yerləşən Linkoln hamamının tamamilə yenilənmiş görüntülərini yayımlayıb. O, hamamın parlaq cilalı mərmərlə yenilənərək tamamilə yeni görkəm aldığını qeyd edib.
Hökumətin bağlanması fonunda yaranan reaksiya
Bir aydır davam edən hökumətin bağlanması səbəbindən yüz minlərlə federal işçi işə gedə bilmir, milyonlarla aztəminatlı ailə isə sosial yardımlardan məhrum olub. Məhz belə bir dövrdə Trampın bu paylaşımı sosial şəbəkələrdə kəskin etirazlara yol açıb.
Trampı dəstəkləyən bəzi istifadəçilər hamamın yeni görünüşünün ABŞ prezidentinə layiq olduğunu bildirsələr də, əksər şərhçilər paylaşımın səhv zamanda edildiyini vurğulayıblar. Bir çox istifadəçi, hökumət böhranının davam etdiyini və federal işçilərlə yanaşı, federal idarədən yardım alan milyonlarla aztəminatlı insanın əziyyət çəkdiyini qeyd edərək, Trampın bu məsələyə diqqət yetirməli olduğunu ifadə edib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz