İdman 17.10.2025

Sədat Saran "Fənərbaxça"da əfv məsələsinə qarışdı

Sədat Saran "Fənərbaxça"da əfv məsələsinə qarışdı

"Samsunspor" matçından sonra "İrfan Can Kahveci""Cenk Tosun"a af yolu

"Samsunspor" matçında soyunma otağında komanda yoldaşı ilə mübahisə edən İrfan Can Kahveci ilə oyuna alınmadığı üçün texniki heyətə etiraz edən Cenk Tosuna əfv yolu açılır. Klub prezidenti Sadettin Saran, hər iki futbolçu ilə görüş keçirib.

İrfan Can Kahveci və Cenk Tosun baş verənlərdən təəssüfləndiklərini bildirərək, səhvlərindən nəticə çıxardıqlarını qeyd ediblər. Sadettin Saran, texniki heyətin razılığını aldıqdan sonra İrfan Can Kahveci və Cenk Tosuna ikinci şans verməyi planlaşdırır. İki futbolçunun yaxın həftələrdə əfv ediləcəyi gözlənilir.

Heyətdə itkilər: Nə müdafiəçi, nə də hücumçu var

"Karagümrük" matçında Milan Şkriniar cəzalıdır. Baş məşqçi Domeniko Tedesko müdafiənin mərkəzində Alvares və Çağlar Söyüncü cütlüyündən birinə şans verəcək. İtaliyalı mütəxəssis hücum xəttində də Anderson Taliska və Yussef Ən-Nusayri arasında seçim etməkdə çətinlik çəkir. Yussef Ən-Nusayrinin son matçlarda formsuz olduğu nəzərə alınsa, Tedeskonun Taliskanı forvard kimi oynada biləcəyi ehtimal olunur.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz