İdman 27.10.2025

Beşiktaş azarkeşləri Sergen Yalçını sərt tənqid etdi

Beşiktaş azarkeşləri Sergen Yalçını sərt tənqid etdi
Trendyol Super Liqasının 10-cu turunda "Beşiktaş" səfərdə "Kasımpaşa" ilə 1-1 hesablı bərabərə qaldı. Matçdan sonra "Beşiktaş" azarkeşləri komandaya və baş məşqçi Sergen Yalçına etirazlarını bildirdilər.

"Sergen gələcək, hesabat verəcək!"

Azarkeşlər "Çempionluq getdi, afərin uşaqlar!" və "Sergen gələcək, hesabat verəcək!" şüarları səsləndirdilər.

Digər tərəfdən, kapitan Orkun Kökçünü də tribunaya çağıran "Beşiktaş" azarkeşləri, qara-ağ futbolçuya da narazılıqlarını ifadə etdilər.

"Fənərbaxça" matçı üçün söz verdi

Sergen Yalçın, azarkeşlərin çağırışı üzərinə tribunaya getdi və bir müddət qara-ağlı azarkeşlərlə söhbət etdi. Azarkeşlərlə dərdləşən Sergen Yalçın "Azarkeş bu camianın həqiqi sahibidir. Bunu əsla unutmayın. Mənimlə birlikdə yaxşı günü də, pis günü də gördünüz" dedi.

Tribunadan gələn "Oyun istəyirik, müəllim. Biz ən pis günündə də yanındayıq sənin, müəllim" sözlərinə Sergen Yalçın "Allah razı olsun" cavabını verdi.

Sergen Yalçın həmçinin "Fənərbaxça" derbisini qazanmaq üçün əlimizdən gələni edəcəyik. Sizə söz verirəm" ifadələrini işlətdi.

Bundan başqa, Sergen Yalçın tribunaya "Məndən istəyiniz varsa, deyin" dedi. "Yaxşı oyun istəyirik" cavabını alan Sergen Yalçın "Mən də onu istəyirəm" dedi və soyunma otağına yollandı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz