Türkiyə Super Liqasının 9-cu turunda Fənərbaxça öz meydanında Fatih Karagümrükü 2-1 hesabı ilə məğlub edib.
Oyunun gedişində maraqlı anlar yaşanıb. Belə ki, qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan və 78-ci dəqiqədə meydana daxil olan Sebastian Szymanski, Fənərbaxça azarkeşlərinin reaksiyası ilə qarşılaşıb. Polşalı ulduz futbolçu topu hər dəfə ayağına aldıqda tribunalar tərəfindən fitə basılıb.
## Azarkeşlərin reaksiyası daha da sərtləşibOyunun son dəqiqələri yaxınlaşdıqca azarkeşlərin reaksiyası daha da artıb. Fredin ötürməsi ilə cərimə meydançasında topla görüşən Sebastian Szymanskinin boş qapıya zərbəsi hədəfdən xeyli yayın düşüb. Bu zərbədən sonra azarkeşlər 26 yaşlı futbolçunu yuhalayaraq etirazlarını bildiriblər. Bu epizoddan sonra Sebastian Szymanski topa hər toxunduqda tribunadan daha yüksək etiraz səsləri eşidilib.
Qarşılaşmanın son fitindən sonra da azarkeşlərin reaksiyası davam edib. Sebastian Szymanskinin əhvalının xeyli pozulduğu müşahidə olunub. Polşalı ulduzu komanda yoldaşları təskin etməyə çalışıblar.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz