Gündəm 17.10.2025

Kəbəni göydələnlər saracaq: Şahzadə Səlmandan mübahisəli Məkkə layihəsi

Kəbəni göydələnlər saracaq: Şahzadə Səlmandan mübahisəli Məkkə layihəsi
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman Məkkə layihəsi çərçivəsində “Kral Salman Qapısı” (King Salman Gate) adı verilən nəhəng layihəni elan edib. Bu təşəbbüs Kəbənin ətrafını 12 milyon kvadratmetrlik möhtəşəm bir tikinti zonasına çevirməyi nəzərdə tutur. Məscidül-Həramın bilavasitə yaxınlığında planlaşdırılan layihə, lüks otellər, ticarət mərkəzləri, yaşayış sahələri və mədəniyyət ocaqlarından ibarət olacaq. Layihə başa çatdıqda 900 min nəfərlik ibadət tutumu təmin ediləcək və 19 min kvadratmetrlik ərazi bərpa ediləcək. Bu nəhəng kompleksin 300 min insana iş yeri yaratması gözlənilir. Səudiyyə rəhbərliyi, bu layihənin Məkkə layihəsi çərçivəsində şəhəri "müasir bir mərkəz"ə çevirəcəyini, Məscidül-Hərama çatımı asanlaşdıracağını və xidmət keyfiyyətini artıracağını iddia edir. Bu, ölkənin ümumi inkişaf yanaşmasının bir hissəsi kimi təqdim olunur.

Kəbənin Ətrafındakı Dəyişikliklərə Kəskin Reaksiyalar

Lakin layihənin təqdimat görüntülərində Kəbənin ətrafının dəbdəbəli binalar və göydələnlərlə əhatə olunması, müqəddəs məkanın bu tikililər arasında "itib batması" sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu təşəbbüsü "Kəbənin ətrafına saplanmış xəncər" kimi dəyərləndirərək, müqəddəs torpaqların mənəvi atmosferinə xələl gələcəyini qeyd edib. Bəzi şərhlərdə isə yüksək qüllələrin və cah-cəlallı tikililərin həcc və ümrə ibadətinə gələn müsəlmanların diqqətini yayındıracağı vurğulanıb. Bildirilib ki, "Ümrəyə getsəm, başımı qaldıra bilmərəm. Müqəddəs məkana fokuslanmaq əvəzinə hamı şəkil çəkər." Kəbənin ətrafında planlaşdırılan bu Məkkə layihəsinə türkiyəli istifadəçilər də sosial media üzərindən etirazlarını bildiriblər. Bir türk istifadəçi yayımlanan videonu paylaşaraq, "Adamlar ibadət bölgəsini bildiyiniz turizm bölgəsinə çeviriblər. Budur, yeni dünya nizamının mərkəzi Ərəbistan," – deyə sərt reaksiya verib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz