Şou 20.10.2025

Oskarlı Natalie Portman Sarıyerda görüntüləndi

Oskarlı Natalie Portman Sarıyerda görüntüləndi

Natalie Portman Türkiyədə görüntülənib. Oscar mükafatlı dünyaşöhrətli sənətçi övladları ilə birlikdə İstanbulun Sarıyer rayonunda yerləşən otellərdən birinə daxil olarkən kameralara tuş gəlib.

Onu çəkmək istəyən müxbirlər qarşısında üzünü gizlətməsi diqqət çəkən məqamlardan olub.

Aktrisa keçən il də İstanbula səfər etmişdi. Həmin vaxt Qız Qalası yaxınlığında pərəstişkarları ilə şəkil çəkdirdiyi xatırlanır.

NATALİ PORTMAN KİMDİR?

Natalie Portman 13 yaşında "Sevginin Gücü" (Leon: The Professional) filmi ilə kino dünyasına qədəm qoyub. O, filmdə valideynlərinin ölümündən sonra qatilin himayəsinə keçən "Matilda" adlı gənc qızı canlandırmışdı.

Bu filmin ardınca dünya miqyasında tanınan aktrisa, "Qara Qu quşu" filmi ilə "Ən Yaxşı Qadın Aktrisa" nominasiyasında "Oscar" mükafatına layiq görülüb.

Qeyd edək ki, Natalie Portman ötən il onu aldatdığı iddia edilən həyat yoldaşı Benjamin Millepieddən boşanıb.

Millepied və aktrisa "Qara Qu quşu" filminin çəkilişləri zamanı, 2009-cu ildə tanış olublar. Cütlük 2012-ci ildə evlənmişdi. Onların Aleph və Amalia adlı iki övladı var.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz