"TAKTİKİ CƏHƏTDƏ GERİLƏMƏ YAŞADI"
“Komanda ilk hissədə əla performans göstərdi. Yeganə çatışmazlıq qolları vura bilməməyimiz idi. 6-7 qol vura bilərdik, şişirtmirəm. Belə olsaydı, insanlar daha xoşbəxt olardı. Bu cür matçları tez həll etməsəniz, rəqibin itirəcək heç nəyi qalmır. Sonrasında oyunda fiziki gücü artırdılar. Uzun toplarla oynadılar. 2-1 hesabından sonra təkcə fiziki deyil, taktiki cəhətdən də geriləmə yaşadı komanda.”
"NENE ÇOX VAXT ALIR"
“Hər bir baş məşqçi problem varsa, həll yolu tapmaq məcburiyyətindədir. Həll üçün bir şeylər sınamırsınızsa, kifayət qədər yaxşı deyilsiniz. İlk 11-də 6-7 stabil oyunçumuz var. Milan, Jayden, Asensio, Kerem tez-tez oynayır; Nene çox vaxt alır. 6-7 dənə belə oyunçumuz var. Ederson da ümid edirəm ki, ən qısa zamanda hazır olar. Bu şəkildə əsas olacaq 6-7 oyunçumuz var. Ətrafında da çox yaxşı oyunçular var."
"GÜVƏN VƏ SABİTLİK TƏMİN ETMƏK..."
“Biz oyunçulara güvən və sabitlik təmin etmək istəyirik. Avtomatlaşdırma təmin etmək istəyirik. Bunu ya məşqlərlə, ya da matç-matç təmin edə bilərsiniz.”
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz